8 il müddətinə futbolun bütün sahələrindən uzaqlaşdırılan keçmiş FİFA prezidenti Yozef Blatter gələcəyi ilə bağlı açıqlamalar verib.
Aktual.az apasport.az-a istinadən xəbər verir ki, isveçrəli funksioner boş vaxtlarını istirahətlə keçirmək istəyir.
"Futboldan uzaqlaşdırıldıqdan sonra sağlamlığımın qeydinə qalacam. Ailəmə daha çox vaxt ayıracam və istirahət edəcəm", - deyə Blatter bildirib.
Ancaq qocaman idarəçiyə artıq yeni iş təklifi gəlib. Belə ki, o, bir günlük də olsa, Beynəlxalq fransız radiosu RFİ-də Fransa Kuboku oyunlarını şərh edəcə