“BlackBerry” şirkətinin rəhbərliyi “Android” əməliyyat sistemində smartfon istehsal etmək imkanlarını nəzərdən keçirir.İKT.lent.az-ın “runews24.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Re/code” rəsmiləri öz mənbələrinə istinadən bildiriblər.
Məlumata görə, “BlackBerry” artıq bu ilin payızında özünün ilk “Android” smartfonunu təqdim edəcək. Bu, cari ilin mart ayında Barselona sərgisində təqdim olunan “MWC 2015” slayderi olmalıdır.
Mütəxəssislərin fikrincə, “BlackBerry” BES12 adlandırılan EMM mobil şirkətinin kross-platforma sisteminə dəstək olmaq üçün belə bir addım atmaq qərarına gəlib.
Şirkətdə onlara rəqib olaraq istifadə olunan BES12 sisteminin həm smartfon, həm də planşetlərdə təhlükəsiz işləyə biləcəyinə əmin olmaq istəyirlər.
Xatırladaq ki, bu ilin may ayının ortalarında “Apple” korporasiyasının “BlackBerry”ni almaq istədiyi ilə bağlı məlumatlar yayılıb.
Aktual.az