Ana səhifə Siyasət Ermənistandan gələn TIR-lardakı ərzaq Qarabağda yaşayan ermənilərin kütləvi zəhərlənməsi üçün nəzərdə tutulub. Bu fakt baş verdikdən sonra ermənilər növbəti təxribatı gerçəkləşdirib, Ümimdünya Səhiyyə Təşkilatını bölgəyə çağıracaqlar.
Aktual.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa İrəvandan 19 TIR "humanitar yardım” gətirməsi adı ilə sərhədimizə göndərilməsi haqda qeyd edib.
"Böyük ehtimalla bu maşınlara yığılanların hamısı vaxtı keçmiş ərzaq məhsullardır. Birinci növbədə məsələ suverenliyimizlə bağlıdır. İkinci halda isə Azərbaycan dövləti heç vaxt razı ola bilməz ki, onun ərazisində məskunlaşan insanların, hətta erməni millətinə mənsub olsalar belə, sağlamlıqları təhlükəyə girsin”, - o bildirib.
Millət vəkili vuğulayıb ki, Zəngilandan erməni sərhədinə bizim TIR-lar düzülməli, "Naxçıvana humanitar yardım üçün yol verin!" tələbini aktuallaşdırmalıyıq.
Xəbər 398 dəfə oxunub.