Bizi ciddi tədbir görməyə məcbur etməsinlər

Bizi ciddi tədbir görməyə məcbur etməsinlər

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkilərdə təşviqat kampaniyasının aparılması ilə bağlı bir sıra tövsiyələr verilib.

İclasda MSK sədri Məzahir Pənahov qeydə alınmış namizədləri seçiqabağı təşviqat zamanı qanunun tələbinə əməl etməyə çağırıb.

O bildirib ki, qanunazidd hərəkət edən namizədlər barəsində hüquqi tədbirlər görülə bilər: “Biz kimisə cəzalandırmağa çalışmırıq, əksinə, hamıya bərabər şərait yaratmaq istəyirik. Buna görə də hər kəsi qanunun tələblərinə əməl etməyə çağırırıq. Bizi məcbur etməsinlər ki, ciddi tədbir görək”.\trend

Xəbər 545 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR