"Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq”.
Bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
Klubun rəsmi Feysbuk səhifəsinə açıqlama verən baş məşqçi "Olimpiya”nı ən çətin rəqib adlandırıb: "Artıq bu gündən rəqibi analiz etməyə başlayacağıq ki, oyuna qədər maksimum hazır olaq. Əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü”.
Aktual.az
Xəbər 755 dəfə oxunub.