“Biz türkləri dost xalq hesab edirik“ - Putin

“Biz türkləri dost xalq hesab edirik“   - Putin
  • DÜNYA


"Biz türkləri dost xalq hesab edirik. Və istəmirik ki, bizim məhz türk xalqı ilə münasibətlərimiz məhdudlaşsın".

AzNews.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Vladimir Solovyovun bir hissəsi "Rossiya 1" telekanalı ilə yayımlanan "Miroporyadok" sənədli filmində göstərilən müsahibəsində bildirib.

Solovyovun Rusiyanın "Su-24" təyyarəsini vuran Türkiyənin düşməncəsinə hərəkətlərinə dair sualını cavablandıran Putin bildirib ki, Türkiyə xalqı ilə münasibətləri pozmaq istəmir:

"Türkiyə Avropa deyil, bu bir. İkincisi isə, artıq bugünkü müraciətimdə dediyim kimi, indi də istəyirəm təkrar edim: Biz türkləri dost xalq hesab edirik. Və istəmirik ki, bizim məhz türk xalqı ilə münasibətlərimiz məhdudlaşsın. O ki qaldı hazırkı rəhbərliyə, - heç nə Ay altında əbədi deyil". 

Xəbər 499 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR