"Biz Rusiya üçün uşaq deyilik" - Lukaşenko


Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Rusiyanın uşağı olmadığını deyib.

Aktual.az modern.az-a istinadən bildirir ki, prezident bununla belə, Rusiya ilə əlaqələrini saxlamaqda maraqlı olduqlarını deyib.

"Belarus Rusiyanın əlinin altındakı uşaq olmaq fikrində deyil və rusiyalılar, xüsusən Rusiya rəhbərliyi bunu anlamalıdır. Biz sizinlə eyni evdə yaşayan, amma ayrıca mənzili olan müstəqil, suveren dövlətik. Balaca olsa da, bu, bizim öz mənzilimizdir. Yeri gəlmişkən, bunu Rusiya prezidenti özü də demişdi".

Lukaşenko ruslarla belarusların qardaş olduğunu da xatırladıb.

Xəbər 561 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR