“Biz də o diplomatlardan az çəkməmişik...” – Millət vəkili Ərdoğanın addımını təqdir etdi

“Biz də o diplomatlardan az çəkməmişik...”   – Millət vəkili Ərdoğanın addımını təqdir etdi

“Ərdoğan tamamən haqlıdır. Diplomatın diplomat işi var, istədiyi an başını, burnunu, qulağını, gövdəsini ağlı kəsən yerə dirəyə bilməz. Onların sahib olduğu hüquq və vəzifələr diplomatik protokolla tənzimlənir. Daha artığına iddia eləsələr cavablarını da anındaca almalıdırlar”. 

Bu fikirləri Aktual.az-a Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev Türkiyədə fəaliyyət göstərən jurnalistlər Can Dündar və Erdem Gülün məhkəməsinə qatılan xarici diplomatların Ərdoğan tərəfindən tənqid olunmasına münasibət bildirərkən söyləyib.

“Zaman-zaman Azərbaycan da bu cür özbaşınalıqlarla üzbəüz qalıb. 2005-ci ildə Qərb və Avropa dövlətlərinin bəzi səfirləri az qala daxili siyasətimizin prioritetlərini müəyyənləşdirmək iddiasına düşmüşdülər, “hərşeyşünaslıq” edirdilər, hətta bir az da uzağa gedərək xalqa, millətə demokratiya dərsi keçirdilər. Təxminən 5 il bundan öncə isə həmin diplomatlar olmayan müxalifətin olmayan liderlərini qapalı müzakirələrə cəlb edərək tamamən separat şəkildə tövsiyyə və təlimatlarını verdilər. Ki, bunun da adı açıq absurd və həmin o haqqında danışdığımız diplomatik protokola hayqırı idi.

Əlqərəz, Ərdoğan məhkəmə dərdi çəkir, biz isə daha artığını yaşamışıq. Ona görə hesab edirəm ki, Türkiyə Prezidentinin atdığı addım ən azı perspektiv baxımından çox düzgün və məntiqlidir. Yerini bilməyən diplomat üçün “qırmızı xətt” anlayışı olmur. Belələrini vaxtında durdurmaq lazımdır” –deyə millət vəkili sözlərinə davam edib.

Aydın/Aktual.az

Xəbər 3029 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR