Bitkoinin qiyməti 9 400 dollara düşüb

Bitkoinin qiyməti 9 400 dollara düşüb

Qlobal bazarda "Bitcoin”in qiyməti noyabrın 26-dan bugünədək ən minimal səviyyəsi – 9 446 dollara kimi qədər geriləyib.

"Report” xəbər verir ki, "Bitcoin”lə yanaşı, kriptovalyuta bazarının kapitallaşması da 415 mlrd. dollara düşüb və dekabrın 10-dan bugünədək ən aşağı həddə enib.
Nəticədə, bitkoin dekabrın 17-dəki tarixi rekord qiyməti olan 20 000 dollardan 53% geriləyib. Kriptovalyuta bazarının məcmu kapitallaşması isə yanvarın 7-də çatdığı tarixi rekord hədd – 832 mlrd. dollar səviyyəsindən 50,2% aşağı düşüb.
Kriptovalyuta bazarında ucuzlaşmanın əsas səbəbi kimi hökumətlərin bazarı nəzarətə götürəcəkləri barədə xəbərlər olub. Bu xəbərlər son bir ildə kapitallaşması 49 dəfə artan bazarda satışın sürətlənməsi üçün kifayət edib. "Report”un analitik qrupu 2018-ci ildə kriptovalyutaların yenidən artmağa başlayacağını, növbəti illər ərzində hazırda 1 448 ədəd olan virtual valyutaların sayının azalaraq 10-20 ədədə enəcəyini ehtimal edir.

Aktual.az
Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR