Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında əsaslı artım baş verib.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Belə ki, təkcə cari ilin iyul ayında BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 10073 nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100 dəfə çoxdur.
2015-ci il ərzində Fars körfəzi ölkələrindən Azərbaycana gələn xarici vətəndaşların sayında 57,5% artım baş verib.
BƏƏ-dən 2016-cı ilin yanvar-iyun aylarında ölkəmizə gələn xarici turistlərin sayı 10086 nəfər təşkil edir.