"Bakı şəhərinin 1-ci mikrorayonunun ərazisində aparılacaq yenidənqurma işləri üzrə aparılan ilkin araşdırmalara görə, həmin ərazidə 34 bina söküləcək".
Bunu Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bu gün keçirilən mətbuat konfransında bildirib.
O deyib ki, yeni tikilən binaların isə sayı 30-u keçməyəcək və bir-iki blokdan ibarət olacaq: "Yəni mərtəbələrində sayı artacaq. Boş ərazilərdə park və insanların ümumi istifadəsində olan ərazilər artacaq. Yəni yaşıllıq ərazilərinin sayı artacaq. Həmin ərazidən 1729 ailə köçürüləcək". (report)
Aktual.az
Xəbər 540 dəfə oxunub.