Birgəyaşayışın Azərbaycan modeli - QHT Şurasının layihəsi

Birgəyaşayışın Azərbaycan modeli   - QHT Şurasının layihəsi

İyunun 24-də “Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Birgəyaşayışın Azərbaycan modeli” adlı layihənin icrasına İsmaiıllıda start verib. 
Tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Xətai Abbasov açıb. O bildirib ki,  Prezident İlham Əliyevin  2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncamı Azərbaycanda birgə yaşayış modelinin dünyada təbliğ edilməsinə geniş şərait yaradıb. Onun sözlərinə görə, “Birgəyaşayışın Azərbaycan modeli” layihəsinin əsas istiqaməti müxtəlif mədəni və dini dünyagörüşünə malik qrupların vətəndaş cəmiyyətinə inteqrasiyasını sürətləndirməkdir.

İctimai Birliyin təlimçisi, hüquqşünas Günel Səfərova bildirib ki, layihənin əsas məqsədi Azərbaycanın birgə yaşayış modelinin təbliğ edilməsi və gənclərin dini ekstremist qrupların təsirindən uzaqlaşdırılmasına yardım etməkdir: "Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Sərancamda qeyd olunduğu kimi, Azərbaycan sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Təsadüfi deyil ki, Azərbaycan tolerantlıq nümunəsi və multikulturalizm modeli kimi bir sıra xarici ölkələrdə tədris edilir. Azərbaycanda əhalinin 9%-dən çoxunu milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Azərbaycanda 8 qeyri-ənənəvi və 9- ənənəvi dini qrup nümayəndəliyi fəaliyyət göstərir.

Azərbaycan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti, mədəniyyətlərarası dialoqun bənzərsiz məkanıdır.
Bu gün cəmiyyətimizdə  qorunub saxlanılan,  hörmətlə yaşadılan bir sıra adət və ənənələr çox-çox qədimlərdən, minilliklərin sınaqlarından uğurla keçərək əcdadlarımızın mənəvi mirası kimi hifs olunmaqdadır. Hər xalqın öz adət-ənənəsi var, öz milli mənəvi və dini dəyərləri var. Biz öz adət və ənənələrimizlə, milli mənəvi dəyərlərimizlə fəxr edirik. Əsrlərin dərinliyindən bu günümüzə gəlib çatan adət-ənənələrimiz həmişə insanları saflığa, təmizliyə dəvət etmişdir. Azərbaycan qanunveçiliyində milli, dini azlıqlara heç bir məhdudiyyət yoxdur və mədəni baxımdan əhalinin azlıqlara münasibəti milli-etnik və dini zəmində tolerantlığa əsaslanır".
 
Layihənin icrasının Lənkəranda, İsmayıllıda və Bakı şəhərində nəzərdə tutulduğunu qeyd edən G.Səfərova bildirib ki, regionlar təsadüfi seçilməyib.  O İsmayıllının multikulturalizm üçün nümunə olduğunu vurğulayıb.
Layihə çərçivəsində  dinləyiciləri maraqlandıran suallar cavablabdırılıb. Təlim növbəti gün davam edəcək.
Xəbər 2325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR