Birgə İşçi Qrupu 22 nəfərlik siyahı hazırladı

Birgə İşçi Qrupu  22 nəfərlik siyahı hazırladı

Azərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun iclası başa çatıb.


Aktual.az-ın “Report”a istinadən xəbərinə görə, iclasda hazırda həbsdə olan şəxslərdən ibarət 22 nəfərlik siyahı hazırlanıb. Siyahı Azərbaycan Prezidentinə təqdim olunacaq. Prezidentdən həmin şəxslərin çəkilməmiş cəzalarının əvf edilməsi xahiş olunacaq.
Həmin şəxslər arasında hazırda həbsdə olan Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, jurnalist Pərviz Həşimli, REAL-ın rəhbəri İlqar Məmmədov, “Seçki” Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədovun və başqalarının adları var.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası işini yekunlaşdırıb. Komissiyaya daxil olan müraciətlərlə bağlı yekun siyahı Azərbaycan Prezidenə təqdim olunub

Xəbər 603 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR