Hələbin terrorçuların nəzarət etdiyi rayonlarından sutka ərzində 13 mindən çox sakin çıxarılıb.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Suriyada müharibə edən tərəflərin barışdırılması mərkəzinin press-relizində deyilir.
"Hələbin yaraqlıların nəzarəti altında olan rayonlarından bir sutka ərzində Rusiyanın müharibə edən tərəflərin barışdırılması mərkəzinin vasitəçiliyi ilə 5831 uşaq olmaqla, 13346 dinc sakin çıxarılıb”, - məlumatda deyilir.
Həmçinin şəhərin qərb hissəsinə 728 yaraqlının çıxaraq silahı təhvil verdikləri də bildirilib.
Aktual.az
Xəbər 418 dəfə oxunub.