Bir stəkan iç... və arıqla - RESEPT

Bir stəkan iç... və arıqla   - RESEPT

Aktual.az Aile.lent.az-a istinadən arıqlamağa kömək edən qarışımları təqdim edir.

Sodalı su

Bir litr yarım su, 1 çay qaşığı soda və 1 çay qaşığı limonu bir qazanda 10 dəqiqə qaynadın. Qaynayan qarışımın 1 saat soyumasını gözləyin və səhər, günorta, axşam yeməklərdən 30 dəqiqə əvvəl bir stəkan için. Qısa zamanda arıqlamağınıza kömək olacaq.

Ağ kələm və cəfəri qarışığı

Bir litr yarım suyu qaynadıb ağ kələmin 5-6 yarpağını əlavə edin və az odda 5 dəqiqə qaynadın. İçinə 9-10 saplaq cəfəri və yarım stəkan limon suyu qatın. 25 dəqiqə qaynadıqdan sonra məhlulu süzün. Məhlulun təmizlənmiş suyunu bir gün saxlayın və yeməkdən sonra için. Həzm prosesini asanlaşdırır, metabolizmi sürətləndirir.

Qatıq qarışımı

Qatıq qarışımı üçün lazım olanlar: 1 kasa qatıq, 1 çay qaşığı zeytun yağı, 1 çay qaşığı sarıkök, 1 çay qaşığı darçın. Bütün bunları qarışdırıb soyuducuda bir gün saxlayın və səhər, günorta, axşam yeməkdən bir saat əvvəl yeyin. Metabolizmi sürətləndirəcək, həzmi asanlaşdıracaq.

Sarımsaq qarışımı

4 diş sarımsağı soyub suyu çıxanadək döyün. Şüşə qabda 500 ml. alma sirkəsi ilə qarışdırın. Qapağını bərk örtüb tünd rəngli sellofana bükün və qaranlıq yerdə 10 gün saxlayın. 10 gündən sonra səhər, günorta və axşam yeməkdən 10 dəqiqə əvvəl 1 çay qaşığı udun. Çəkiniz 80 kilodan azdırsa, gündə iki dəfə bu qarışımdan udun.

Xəbər 4197 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR