Bir sıra məşhur futbolçu vergidən yayınmaqda şübhəli bilinir.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri yazıb.
Məlumata görə, Almaniya yığmasının yarımmüdafiəçisi Məsut Özil, Portuqaliya millisinin müdafiəçiləri Pepe və Rikardu Karvalyu, məşhur kolumbiyalılar Hames Rodriqes və Radamel Falkao vergidən yayınmaqda şübhəli bilinirlər.
Qeyd olunur ki, Özildən başqa adıçəkilən futbolçular tanınmış futbol agenti Jorj Mendeşin müştəriləridir. İddiaya əsasən, fırıldaqçılıq sxeminin müəllifi məhz J.Mendeşdir.
Bundan əvvəl "Der Spiegel" Kriştianu Ronaldunun iri məbləğdə vergidən yayınmasına dair məlumat yayıb. Məlumata görə, K. Ronaldu Britaniya Vircin adaları və İsveçrədəki ofşorlar vasitəsi ilə 150 milyon avronu vergidən gizlədib.
Aktual.az
Xəbər 767 dəfə oxunub.