Bir sıra kolleclərə tələbə qəbuluna məhdudiyyət qoyulacaq

Bir sıra kolleclərə tələbə qəbuluna məhdudiyyət qoyulacaq

Azərbaycanda kənd təsərrüfatı ixtisasları üzrə kadr hazırlamaq üçün yaradılan kolleclərin bu il həmin sahə üzrə xarakterik olmayan digər ixtisaslar üzrə tələbə qəbulu aparmasına icazə verilməyəcək.

Aktual.az  xəbər verir ki, təhsil nazirinin müavini Ceyhun BayramovTrend-ə deyib ki, respublikada bır sıra kolleclər yarandığı dövrdə kənd təsərrüfatı istiqaməti üzrə profilləşmişdi: 

“Lakin onlar sonradan humanitar-sosial, kənd təsərrüfatı üçün xarakterik olmayan digər ixtisaslar üzrə kadr hazırlığına yönəlmişdilər. 

Respublikanın hazırda kənd təsərrüfatı üzrə müxtəlif səviyyəli kadrlara ehtiyacının və bu sahənin ölkə üçün prioritet olmasını nəzərə alaraq, kənd təsərrüfatı ixtisasları üzrə ənənəvi olan həmin kolleclərdə bu il bu sahə üzrə mütəxəssis hazırlığının aparılması nəzərdə tutulur”.

C.Bayramov qeyd edib ki, əvvəlki tədris ilində olduğu kimi, 2016-2017-ci tədris ili üçün də orta ixtisas təhsili müəssisələrinə 3 müəllimlik ixtisası - ibtidai sinif, ingilis dili, informatika müəllimliyi üzrə tələbə qəbulunun aparılması proqnozlaşdırılmayıb: 

“Çünki ali təhsil müəssisələrimizdə kifayət qədər bu ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Bir sıra orta ixtisas təhsili müəssisələri ali məktəblərin nəzdinə verildiyi üçün həmin kollec və ali təhsil müəssisələrinin ixtisasları inifikasiya olunub.

Bunun nəticəsində həmin kolleclərin növbəti tədris ili üçün tələbə qəbulu proqnozu əvvəlki illərdən fərqlənir. Bu fərq bir sıra ixtisaslar üzrə artım, bəzi ixtisaslar üzrə isə azalma istiqamətindədir”.

 

Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR