Bir qrup radikal şəxs Nardarana gedən yolları bağladı

Bir qrup radikal şəxs Nardarana gedən yolları bağladı

Nardaranda baş verən silahlı insidentdən sonra bir qrup radikal şəxs "İmam Hüseyn" meydanına toplaşıb.

Aktual.az xəbər verir ki, APA-nın hazırda Nardaranda olan əməkdaşı xəbər verir ki, onlar qəsəbəyə aparan yollara daş tökərək bağlayıb, qəsəbəyə kənar şəxslər, o cümlədən jurnalistlər buraxılmırlar. Qəsəbənin mərkəzinə keçmək istəyən ATV-nin avtomobili əzilib, əməkdaşı isə döyülüb. Meydanın ətrafına toplaşmış bir qrup şəxs armatur, lom və dəyənəklərlə silahlanıb.

"Azadlıq" radiosunun əməkdaşı Turxan Qarışqa Facebook səhifəsində yazıb: "Etirazçılar Molotov kokteyli hazırlayır. Hazırda meydanın mərkəzində butulkalara nöyüt tökülür. Kəndə girən yollara daş, dəmir tökülüb. Böyük etiraza hazırlaşırlar. Polis gözə dəymir".

Radikallar qəsəbə sakinlərini də onlara qoşulmağı tələb edilər.

Qeyd edək ki, bu gün Nardaranda bir qrup silahlı şəxs tərəfindən polisə müqavimət göstərilib. Dörd polis əməkdaşı həlak olub, yaralılar var.

Xəbər 643 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR