Bir qətlin təfərrüatı: Öldürdüm ki, başqasına qismət olmasın -VİDEO

Bir qətlin təfərrüatı: Öldürdüm ki, başqasına qismət olmasın  -VİDEO

Vəliyev ailəli olub.

Sumqayıtda bir ay əvvəl itkin düşən, sonradan çürümüş meyiti tapılan 40 yaşlı İmişli rayon sakini Yeganə Mirzəyeva ilə bağlı cinayət işinin bəzi təfərrüatları məlum olub.

Aktual.Az xəbər verir ki, APA TV-nin məlumatına görə, Sumqayıt şəhər prokurorluğunda aparılan araşdırmalar nəticəsində məlum olub ki, Xaçmaz rayon sakini Vahid Vəliyev qadını Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində, Qızıldaş karxanasında ən hündür təpədə basdırıb.

Vahid Vəliyev ifadəsində öz əməlini "mənim ola bilmədisə, heç kimə qismət olmasına icazə verə bilmərəm" kimi əsaslandırıb. Qatil sevgili bildirib ki, hər həftə öldürüb basdırdığı qadının məzarını ziyarət etməyi nəzərdə tuturmuş.

Vahid Vəliyev istintaqa verdiyi ifadədə qadını küt alətlə qətlə yetirdiyini, sonra meyiti öz maşını ilə karxanaya gətirdiyini deyib.

Meyiti belində zirvəyə çıxaran qatil burada məzar qazıb və Yeganə Mirzəyevanın nəşini basdırıb.

Qeyd edək ki, qətli törətmiş Vahid Vəliyev ailəli olub, qətlə yetirdiyi Yeganə Mirzəyeva ilə bir müddət qeyri-rəsmi yaşayıb.

Qətl faktı ilə bağlı cinayət işi başlanıb, Vahid Vəliyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.

Aktual.az

Xəbər 578 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR