Noyabrın 4-də saat 10:00-dan 18:00-dək respublikanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-2” və “Masazır”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Qobustan” və ''Yalama'', Astara magistral qaz kəmərləri sahəsinin “İmişli”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Şəmsabad” və ''Göyçay-1'', Ağdam magistral qaz kəmərləri sahəsinin “Kətəlparaq” və “Azadqaraqoyunlu”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin ”Şıxlı”, ''Ağköynək'', Gədəbəy'' və ''Daşkəsən'' qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Bərdə rayonunun Kətəlparaq, Ağdaş rayonunun Qəribli, Xosrov və Əmirmahmud, Göyçay rayonunun Potu, Cəyirli və Çararxı, Qazax rayonun Ağköynək, Qarapapaq, Şıxlı 1, Şıxlı 2, Qaymaqlı və Kəmərli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Türkan kəndinin, Abşeron rayonunun Masazır qəsəbəsinin, eləcə də Qobustan, Xaçmaz, Ağdam, Tərtər, Gədəbəy, Daşkəsən və İmişli rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.