"Ən maraqlısı da budur ki, təxribatçının kim olduğu yenə də diqqətdən kənarda qalacaq".
Aktual.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa facebook səhifəsində qeyd edib. O bildirib ki, bu işdə "əməy"i olanlar cavab verməlidirlər:
""Azadlıq" metrosunun yanındakı 16 mərtəbəli binanın yanmasının səbəblərini müvafiq qurumlar yəqin ki, ətraflı və operativ araşdıracaq. Allah etsin ki, ölüm, xəsarət olmasın. İnsanlara yazıq oldu, bir neçə acgözün pul qazanması səbəbinə ikinci binadır ki, sakinlərinin həyatı alt-üst olur. Yəqin ki, burada təxribat ehtimalından da danışılacaq. Ən maraqlısı da budur ki, təxribatçının kim olduğu yenə də diqqətdən kənarda qalacaq. Ancaq bunu tapmaq üçün bir məktəbli uşağın da ağlı kifayət edər. Konkret sual qoyursan və cavab verirsən: Bu və ya başqa binaların üzünə oda davamlı olmayan bu materialların vurulmasına kim göstəriş verib? Əlbəttə, əclaf ermənilər!"
Aktual.az