"AXCP sədri Əli Kərimlinin son günlər bütün paylaşımları xarici mətbuatda, əsasən də Britaniya mətbuatında Azərbaycan əleyhinə gedən yazıların tərifi və təbliği ilə bağlıdır. Paylaşır və qürur duyur! Əməllicə sevinir və sözün gerçək anlamında xoşbəxt olur. Ardınca da utanmadan, qızarmadan həmin media nümayəndələrinə, anti-Azərbaycan qüvvələrinə açıq mesaj göndərir ki, nə lazım olsa biz də buradayıq, bütün işverənliklərə, bütün nanəcibliklərə, bütün şərəfsizliklərə hazırıq.”
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Riyakarlıq, binamusluq, xainlik adına hansı daşı qaldırırsan, altından Əli Kərimli çıxır. Adam özünü beynəlxalq piştaxtalarda xüsusi xidmət orqanlarına, erməni lobbisinə, fransız təəssübkeşlərinə təklif eləməkdən yorulmadı ki, yorulmadı...Siyasət qalıb bir yanda, yaramazlıqla məşğuldur. Səhərdən axşama, axşamdan səhərə qədər xaricdə qəyyum axtarır, yiyə axtarır, Azərbaycana düşmən kəsilən qüvvələri, onların nümayəndələrini axtarır. Ki, böyürlərinə yan durub gəzsin, donos ötürsün, hər cür alçaqlığa imza atsın.
Və...növbəti dəfə təkrar edirəm! Mövzunun daha dəhşətli tərəfi odur ki, Əli Kərimli məlum fəaliyyətlə qürur duyur, fəxr edir. Hərgah adama soran gərək: İnsan vətən xaini olmağı ilə necə fəxr edə bilər? İnsan azərbaycanlının deyil, erməninin, fransızın, britaniyalının yanında olmağı ilə necə fəxr edə bilər? İnsan marionet, əl meymunu, xarici kəşfiyyatın buyruq qulu, əmr icraçısı olmağı ilə necə fəxr edə bilər? İnsan öz dövlətinə, öz millətinə qənim kəsilməklə necə fəxr edə bilər?!” – deyə Partiya sədri fikirlərinə davam edib.
Xəbər 612 dəfə oxunub.