“Avrocekpot” lotereyasının tarixində ilk dəfə cekpotu İspaniya vətəndaşı qazanıb.
2012-ci ildən bəri oynanılan bu lotereyada hazırda 13 ölkənin sakinləri iştirak edə bilərlər. Bu ölkələr İspaniya, İtaliya, Almaniya, Estoniya, Danimarka, İslandiya, Latviya, Niderland, Sloveniya, Norveç, Xorvatiya Finlandiya və İsveçdir.
Hər cümə günü oynanılan lotereyanın oktyabrın 16-da keçirilən tirajında adı açıqlanmayan Barselona sakini 31,5 milyon avro udub.
Bu lotereyada cekpotu qazanmaq şansı 1/95.344.200 kimi qiymətləndirilir.