Ölənlərdən 2-si Bakıda, digər 2 nəfər isə Qubada boğulub.
Ötən gün ölkə çimərliklərində ən azı 4 nəfərin boğulduğu bildirilir.
Aktual.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Məlumatda qeyd olunur ki, ölənlərdən 2-si Bakıda, digər 2 nəfər isə Qubada boğulub.
Belə ki, avqustun 24-də Səbail rayonunun Şıx qəsəbəsindəki dəniz çimərliyində 20-25 yaşlı kişi və Bakı şəhər sakini Məmmədəli Tağızadə suda boğulub.
Avqustun 23-də isə Quba rayon sakinləri Elmar Ömərov və Roman Nəcəfov Xaçmaz rayonunun Müqtədir kəndindəki dəniz çimərliyində boğulub.
Faktlarla bağlı araşdırma aparılır.