Rusiyanın Krasnodar diyarının Abinski rayonunda fərdi evdə baş vermiş yanğın nəticəsində 7 uşaq diri-diri yanaraq ölüb.
APA-nın məlumatına görə, bu barədə "TASS"a Rusiya FHN-in Cənub Regional Mərkəzindən bildirilib.
"Yanğın Xolmskaya qəsəbəsində baş verib. Yanğın fərdi evin 60 kv.m sahəsini əhatə edib. Yanğın lokallaşdırıldıqdan sonra evdə 7 uşaq cəsədi aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.