(Azərbaycan siyasətinin üz qarası Əli Kərimliyə həsr olunur)
Əbülfəz Elçibəyin nəşinin Azərbaycana gətirilmə səhnəsini yəqin çoxları xatırlayır. Səhv etmirəmsə, ANS verirdi reportajı. Hava limanından. Gözləmə otağından.
Kütlə içində hər zaman olduğu kimi yenə ön plana çıxmağı bacaran oğlanın - Əli Kərimlinin divara qısılıb qalması, kövrək və köməksiz baxışlarla ətrafı süzməsi, sanki ən əziz adamını itiribmiş kimi davranması da çox güman diqqətli oxucuların yadındadır.
O, ağlayırdı…
Diskin tapılmayan vaxtında Elçibəy haqda iftira dolu disklər yazdıran, həmin diskləri bolu-boluna tirajlayan, dostu Xədicə İsmayıl vasitəsilə yaydıran və beləcə…bir tək lideri deyil, həm də müəllimi, mənəvi atası olmuş insana kürəyindən bıçaq saplayan adam başqasının deyil, elə məhz həmin Elçibəyin ölümünə ağlayırdı…
***
Əli Kərimli müxalifətin Kopperfildidir. O siyasətçi olmasa da mükəmməl gözbağlayıcıdır. Yaxından tanıyanlar deyir, adamın gipnoz qabiliyyəti o qədər güclüdür ki, 10 dəqiqəlik çıxışdan sonra bütün ətrafındakıları müvəqqəti də olsa nazir, komitə sədri, deputat eləməyi bacarır. Və bu faydasız, uğursuz eyforiya kiminsə telefonuna: "Evə qayıdanda 2 çörək, 3 kiloqram kartof al” – mesajı gələnə qədər davam edir. Beləcə bütün ilğımlar itir. İlmələr sökülür. Qızıl balığın nağılı bitir. Qayıdılır, AXCP adlı "bermud üçbucağı”nın həndəvərinə.
Əli Kərimlinin siyasətdəki səsi və ahəngi bizim vaxtımızda uşaqların qamışdan düzəltdiyi tütəyin avazına bənzəyir. Cır. Kövrək. Əldəqayırma.
Əli Kərimli 27 yaşın nostalgiyasından hələ də çıxa bilmir. O 21-ci əsrə adlamayıb. O eynən Şumaxer kimi komastoz, "bitkisəl” həyat yaşayır. O, Braziliyadan sonra dünya çempionu tanımır. O, "Sədərək” ticarət mərkəzinə hələ də "aeroport” deyir. O, latınca yazsa da KİRilcə düşünür. O, keçmiş məhəllə oyunlarından yalnız "ORTADA QALDI”nı yaxşı mənimsəyib, əxz edib…
Əli Kərimli öz müavinlərinin və tərəfdaşlarının gözündə günəşi çeçələ barmağı ilə sağa-sola fırlamağı, çatma qaşları ilə küləyin sürətini tənzimləməyi, divarda düz gəzməyi, tük yandırıb cin çağırmağı bacaran personajdır. Əslində və reallıqda isə tıq-tıq xanımın şəninə qısa qol köynəkdə tar çalan siçan bəydən ötəsi deyil…
Əli Kərimli bütün mövcud problemlərə nərdivan gözü ilə baxır. Üzərinə çıxıb boylanmaq, yekə görünmək, həmin problemlərin fonunda öz populizminə yeni nəfəs vermək üçün. Ona görə yırtıcı siyasətə bu qədər meyllidir. Ona görə qan çıxmayan yerdən filiz çıxarmağı bacarır. Ona görə qanun pozanlar, həbs edilənlər, lələkli radikallar başının tacıdır.
Əli Kərimli siyasi ibnə, analoqsuz şarlatan, kisəsiz mürdəşirdir. Əli Kərimli "yaxşı” sözünə, adına yaxın olan hər şeyin antonimidir. Əli Kərimli əslində Əfi Kərimlidir və başqaları üçün qazdığı quyuda özü ilişib qalan binəvadır, pislikdir, əsl "karma” nümunəsidir!
***
AXCP sədri bir dəfə hansısa məclisdə deyibmiş ki, gün gələcək Azərbaycanın Mandelası kimi hansısa filmdə mənim obrazım canlanacaq. Qaraguruh da bu fikri ayaq üstə alqışlayıbmış.
Oysa, eşit bəy. Gör nə deyirəm. Səni ən yaxşı halda canlandırsalar – inan, o da ən yaxşı halda – Mandelanın bağındakı mandarin obrazında canlandırarlar.
Vəssalam. Bundan artığına ümid eləmə.
Elşən Musayev,
Milli Məclisin deputatı