ANS telekanalının aparıcısı Xanım Yadigarlı işdən ayrılıb.
O, artıq bir aydan çoxdur telekanalla yollarını ayırdığını bildirib.
X.Yadigarlının təhsili ilə bağlı bir müddət efirlərdən uzaq qalacağı deyilir.
Qeyd edək ki, X.Yadigarlı ANS-də "Şoubiz", "Xəbərçi" kimi verilişlərin aparıcısı, Xəbərlər departamentinin baş redaktoru olub.