Bir ay öncə intihara cəhd edən kişi - Özünü asaraq öldürdü

Bir ay öncə intihara cəhd edən kişi   - Özünü asaraq öldürdü

İsmayıllı şəhərində bir ay öncə özünü güllələyən 67 yaşlı kişi yenidən intihar edərək özünü öldürüb.


Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün İsmayıllı şəhərinin Ü.Hacıbəyov küçəsindəki dalan 4, ev 10 ünvanında qeydə alınıb. Şəhər sakini, 1948-ci il təvəllüdlü Teymurxan Məmmədəli oğlu Süleymanov yaşadığı evin həyətindəki toyuq damında qeydə alınıb. Uzun illərdir ki, övçuluqla məşğul olan Teymurxan Süleymanov kəndirlə özünü asaraq intihar edib. O, hadisə yerində dünyasını dəyişib. Dörd uşaq atası T. Süleymanovun bir ayda ikinci dəfədir ki özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, T. Süleymanov ötən ayın 20-də ov tüfəngindən atəş açaraq özünü yaralayıb. Başından və çənəsindən ağır güllə yarası alan T. Süleymanov təcili tibbi yardım avtomobili ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilsə də, sonradan vəziyyəti ağırlaşan T. Süleymanov müalicə üçün Bakı şəhərindəki Klinik Tibbi Mərkəzə göndərilib.

O, övladlarına və həkimlərə cərrahiyə əməliyyatı olunmaq istəmədiyini bildirib. Onun etirazına baxmayaraq T. Süleymanov əməliyyat edilib. O, müalicə olunaraq dünən axşam İsmayıllı şəhərindəki evinə gətirilsə də bu gün özünü asaraq öldürüb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər 512 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR