Bir ailənin yeddi üzvü qidadan zəhərləndi - Tovuzda

Bir ailənin yeddi üzvü qidadan zəhərləndi   - Tovuzda

Tovuzda bir ailənin 7 üzvü zəhərlənib. 

Aktual.az Apa-ya istinadən xəbər verir ki, ötən gecə rayonun Molla Ayrım kənd sakinləri - 1942-ci il təvəllüdlü Zərnişan Məmmədova, oğlu 1977-ci il təvəllüdlü Sərdar Məmmədov, qızı 1963-cü il təvəllüdlü Nazilə Əzizova, gəlini 1987-ci il təvəllüdlü Aygül Məmmədova, nəvələri 10 yaşlı Şəlalə, 9 yaşlı Samir və 3 yaşlı Elnarə zəhərlənmə əlamətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 

Onlara tibbi yardım göstərilib. Z. Məmmədovanın vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. 

Məlumata görə, ailə üzvləri meşədən yığdıqları göyərtidən hazırladıqları kətədən zəhərləniblər.

Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR