Sumqayıtda intihar etmək istəyən şəxs xilas edilib.
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi Əliağa Vahid küçəsində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1968-ci il təvəllüdlü Yaşar Məmmədtağı oğlu Muradov işıq dirəyinə çıxaraq özünü atacağını bildirib.
Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları intihar etmək istəyən şəxsi fikrindən daşındırıblar.
Hazırda faktla bağlı araşdırma aparılır. (APA)