Bayram günlərində Bakı şəhərində qida zəhərlənməsi ilə bağlı xəstəxanalardan hər hansı məlumat daxil olmayıb, vətəndaşların müraciəti qeydə alınmayıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bildirib.
Azərbaycanın rayonlarına gəlincə, İ. Abdullayev deyib ki, yalnız dekabrın 31-də Tovuz rayonunun iki kəndində qida zəhərlənməsi qeydə alınıb. Hunanlar kəndində bir ailənin 4 üzvü öz bişirdikləri ev xörəkləri - bozbaş və digər yeməklər yedikdən sonra xəstəxanaya müraciət edib. Onların vəziyyətləri hazırda normaldır, bu gün evə buraxılacaqları gözlənilir.
Tovuz rayonunun Qala kəndində isə bir ailənin 3 üzvü ev şəraitində hazırladıqları pomidor turşusundan zəhərləniblər. Onlar botulizm diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.