Çin hökuməti təxminən 40 il qüvvədə olan "Bir ailə - bir uşaq" qaydasını ləğv etmək qərarına gəlib.
Report "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu qərar Pekində ÇKP MK-nin dördgünlük sessiyasının yekununda qəbul edilib. Ailələrə iki uşaq dünyaya gətirməyə icazə veriləcək.
Qaydanın ləğvi haqqında məsləhətləşmələr son illər ərzində aparılıb.
2013-cü ilin sonunda Çin hökuməti məhdudiyyəti bir qədər yumşaldıb - ana və ya ata ailədə yeganə uşaq olduğu halda, onların ikinci uşağı dünyaya gətirməsinə icazə verilib.