Binəqədi yanğınına görə şirkət rəhbərinə 8 il iş verildi

Binəqədi yanğınına görə şirkət rəhbərinə 8 il iş verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
 
Təqsirləndirilən, "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudovun 3 il rəhbər vəzifə tutmaq hüuqundan məhrum edilməklə 8 il illik azadlıqdan məhrum edildiyi açıqlanıb.
 
Digər təqsirləndirilənlər - Uğur Bəşirov 5 il, Qəzənfər  Novruzov 4 il, Ədalət Rəcəbov 4 il, Nizami Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
 
Aktual.az
Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR