Binəqədi rayonunun bir hissəsi qazsız qalacaq
Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Aktual.az APA-ya istinadən bildirir ki, SOCAR-dan verilən məlumata görə, bu gün saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Novxanı" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir işlərinin Bakı şəhəri Binəqədi rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.