Türkiyənin yeni baş naziri Binəli Yıldırımın Azərbaycana planlaşdırılan səfərinin dəqiq tarixi məlum olub.
Aktual.az APA-ya istinadən xəbər verir ki, B. Yıldırım ölkəmizə iyunun 3-də səfər edəcək.
Türkiyənin yeni baş naziri Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyevlə və bir sıra dövlət rəsmiləri ilə görüş keçirəcək.
Bu səfər Yıldırımın baş nazir qismində ilk xarici səfəridir.