Türkiyə və Rusiya arasında əlaqələr əvvəlki kimi olacaq.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
Onun sözlərinə görə, rusiyalı turistlər artıq Türkiyəyə gəlməyə başlayıblar: "İki ölkə arasındakı böhran və Türkiyədəki terror aktları ölkənin turizm sektoruna güclü təsir edib".