Avropa İttifaqı oktyabrda Türkiyə vətəndaşları üçün vizanı ləğv etməsə, ciddi miqrasiya problemi ilə üzləşəcək.
Oxu.Az“Haber Turk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.
O deyib ki, oktyabr ayına gözlənilən Türkiyə vətəndaşları üçün viza sisteminin ləğvi və readmissiya haqqında müqavilənin qüvvəyə minməsi mütləq həyata keçirilməlidir:
“Bu olmasa, qaçqınlar problemi Avropa üçün ən böyük problem ola bilər”.
Qeyd edək ki, martın 18-də Türkiyə-Aİ sammitində qəbul edilmiş sazişə əsasən, viza rejimi iyulun 1-dən ləğv olunmalıdır. Sazişin qüvvəyə minməsi üçün Türkiyə 72 bənddən ibarət öhdəlikləri həyata keçirməlidir. Öhdəliklərin əksəriyyətini yerinə yetirən Türkiyədən terrorizmlə bağlı müddəanın yumşaldılması tələb olunur. Türkiyə isə bunun qeyri-mümkün olduğunu hesab edir.
Avropa İttifaqı rəsmiləri isə bildirirlər ki, vizasız rejim üçün Türkiyə bütün şərtləri yerinə yetirməlidir.