Binəli Yıldırım və türkiyəli nazirlər Şuşaya səfər edəcək

Binəli Yıldırım və türkiyəli nazirlər Şuşaya səfər edəcək

Sabah – iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə tədbir keçiriləcək.

Aktual.az xəbərinə görə, toplantıda Azərbaycan parlamentinin deputatları, Türkiyənin dövlət rəsmiləri, hər iki ölkənin partiya nümayəndələri iştirak edəcək.

Tədbirə Türkiyə tərəfindən sabiq baş nazir, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım, kənd təsərrüfat və meşəçilik naziri Vahit Kirişçi, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibi İsmail Büyükataman qatılacaq.

Xəbər 502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR