Türkiyənin baş naziri Binəli Yıldırım Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, B.Yıldırım məzarın önünə əklil qoyub və Heydər Əliyevin xatirəsini yad edib.
Daha sonra Türkiyənin baş naziri Şəhidlər Xiyabanını da ziyarət edib.
B.Yıldırımın Azərbaycana səfəri onun baş nazir kimi xaricə ilk səfəridir.