Bu gün Türkiyənin yeni baş naziri Binəli Yıldırım Azərbaycana səfər edəcək.
Aktual.az xəbər verir ki, bu, Binəli Yıldırımın baş nazir kimi ilk xarici səfəridir.
Türkiyənin baş naziri Azərbaycana rəsmi səfəri zamanı prezident İlham Əliyev və bir sıra dövlət rəsmiləri lə görüş keçirəcək.
Səfər zamanı ölkələrimiz arasında əlaqələr geniş müzakirə olunacaq.