Türkiyənin yeni Baş naziri Binəli Yıldırım Azərbaycana səfər edəcək.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nazirlər Kabinetindən məlumat verilib. Nazirlər Kabinetindən verilən məlumata görə, səfər iyunun 1-də baş tutacaq.
Binəli Yıldırım Azərbaycana səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.