"2023-cü il türklərin ili olacaq”.
Aktual.az xəbər verir ki, bunu Cəbrayılda jurnalistlərə açıqlamasında Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) müavini Binəli Yıldırım deyib.
O vurğulayıb ki, ötən iki ilə qədər xarabaya dönmüş, 27 ildir tərk edilmiş, yerlə-yeksan olmuş bu torpaqlarda Beynəlxalq Hava Limanı açılıb:
"Daha sonra bölgəyə həyat, can gətirəcək ağıllı kənd təsərrüfatı açılıb. Bu torpaqların yenidən canlandırılması üçün təbiətə ceyranlar buraxılıb, ağaclar əkilib. Belə mötəbər gündə də dost və qardaş ölkələrin prezidentləri bir araya gəliblər. İşğaldan azad edilən ərazilərdə həyata keçiriləcək layihələrin, 1 milyon qaçqının öz ata yurduna geri dönməsi üçün nələr ediləcəyinin müzakirəsi aparılır”.
"Gələn il türklərin ili olacaq. Çünki Türkiyə Cümhuriyyətinin və ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ilidir. Fikrimcə, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı daha da möhkəmlənəcək. Qardaşlarımızın sevincinə hər zaman ortaq olacağıq. Bir millət, iki dövlət şüarının da həqiqətə çevrildiyini günbəgün görməkdəyik”-, B.Yıldırım vurğulayıb.
Xəbər 454 dəfə oxunub.