Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Binə” ticarət mərkəzində ölüm hadisəsi baş verib.
"Report”un xəbərinə görə, ticarət mərkəzinə alış-veriş üçün gələn Rusiya Federasiyası vətəndaşı, 67 yaşlı Məhəbbət Zahiyalova qəfildən vəfat edib.
Onun ölümünün səbəbləri araşdırılır.
Xəbər 400 dəfə oxunub.