Türkiyənin baş naziri 1500 nəfər barəsində iddianamənin geri götürüldüyünü bəyan etdi
Ölkə.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım yazıçı, jurnalist fəaliyyəti ilə və siyasətlə məşğul olan 1500 nəfər barəsində məhkəmə iddiasının geri çəkildiyini bəyan edib.
Baş nazir bunu ölkədə dövlət çevrilişinə cəhddən sonra milli həmrəylik və barış naminə, ölkədə demokratiya naminə aparılan mübarizəyə töhfə vermək üçün edildiyini söyləyib.