Bin Ladenin 11 sentyabr SİRRİ

Bin Ladenin 11 sentyabr SİRRİ
  • DÜNYA

Əl Qaidə terror təşkilatının lideri Üsamə bin Laden 2001-ci il 11 sentyabr terrorunu 1999-cu ilin oktyabrında "YeciptEyr" aviaşirkətinin təyyarəsinin qəzaya salınmasından sonra planlaşdırıb.


Aktual.az axar.az-a istinadən bildirir ki, bu barədə informasiyanı "Foks Nyus" telekanalı yayıb. Terrorçunun gündəliyini diqqətlə tədqiq edən telekanal Bin Ladenin məhz bu qəzadan sonra niyə pilotların təyyarəni ABŞ-dakı binalardan birinə çırpmadığı haqqında düşündüyünü iddia edib.

Qeyd edək ki, Misirin "YeciptEyr" aviaşirkətinə məxsus təyyarəyə 1999-cu ildə edilən hücum zamanı 217 nəfər həlak olub.

Əl Qaidə terror təşkilatı 1988-ci ildə Əfqanıstanda yaradılıb. SSRİ qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra bu terror təşkilatının əsas hədəfi Qərb ölkələri olub. 1998-ci ildə Keniya və Tanzaniyada ABŞ səfirliklərinin partladılmasını təşkil edən Əl Qaidə bunun nəticəsində dünyanın 1 nömrəli terror təşkilatına çevrilib.

Xəbər 742 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR