Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Valentina Filimonovanın CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair hazırlıq iclası keçirilib.
Aktual.az xəbər verir ki, qətl ötən il avqustun 14-də Bilgəh qəsəbəsində baş verib. Belə ki, orada yaşayan Valentina Filimonova şəxsi münasibətlərin aydınlaşdırılması zəmnində qeyri-rəsmi nigahda olduğu Nikolay Orlova döş qəfəsindən bıçaqla xəsarət yetirib. Nəticədə sonuncu 3 saylı kliniki xəstəxanaya aparılarkən kəskin qanitirmədən vəfat edib. Daxil olan məlumat əsasında qadın Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı aprelin 4-nə təyin edilib.
Xəbər 637 dəfə oxunub.