Bilgəhdə qeyri-rəsmi ərini öldürən qadın 16 il cəza alıb - (EKSKLÜZİV FOTO)

Bilgəhdə qeyri-rəsmi ərini öldürən qadın 16 il cəza alıb - (EKSKLÜZİV FOTO)

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Valentina Filimonovanın CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Aktual.az xəbər verir ki, qətl ötən il avqustun 14-də Bilgəh qəsəbəsində baş verib. Belə ki, orada yaşayan Valentina Filimonova şəxsi münasibətlərin aydınlaşdırılması zəmnində qeyri-rəsmi nigahda olduğu Nikolay Orlova döş qəfəsindən bıçaqla xəsarət yetirib. Nəticədə sonuncu 3 saylı kliniki xəstəxanaya aparılarkən kəskin qanitirmədən vəfat edib. Daxil olan məlumat əsasında qadın Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən qadın 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.





Xəbər 736 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR