Biletsiz şəxslərin hava limanına daxil olmasına icazə verildi

Biletsiz şəxslərin hava limanına daxil olmasına icazə verildi

Artıq bileti olmayan şəxslərin Heydər Əliyev adına Beynəlxalq Hava Limanına daxil olmasına icazə verilib.

Bu barədə Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.

“Təhlükəsizliklə bağlı bu günə qədər yalnız bilet alan şəxslər terminallar binasına buraxılırdı. Lakin bu gündən etibarən sərnişinləri yola salan və qarşılayan insanlar binaya girə bilər” - deyə hava limanından verilən məlumatda deyilir.

İstanbul Atatürk Hava Limanında baş verən terror hadisəsindən sonra paytaxt Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Bileti olmayan şəxslər hava limanına buraxılmırdı.

Bu günə qədər Daxili İşlər Naziliyinin əməkdaşları hava limanı ərazisinə daxil olan bütün maşınları xüsusi təlim görmüş itlərlə yoxlamadan keçirib.

Xarici uçuşların həyata keçirildiyi terminalda uçuş üçün biletləri olmayan şəxslərin binaya daxil olmasına icazə verilməyib. Hətta yaxınlarını qarşılamaq istəyənlər də hava limanına buraxılmayıb. Hava limanına yalnız sərnişinlər bilet və xarici pasport təqdim edildikdən sonra buraxılır. 

Türkiyənin Atatürk Hava Limanında baş verən terror hadisəsi 45 nəfərin həlak olması, 250-dən çox insanın yaralanması ilə nəticələnib.//Anspress.com



Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR