Biləsuvar rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, daha 2 nəfəryaralanıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobus İrandan geri qayıdırmış.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl əlverişsiz hava şəraiti Biləsuvarda nəqliyyatın hərəkətini çətinləşdirib.
Xəbər 485 dəfə oxunub.