Biləsuvarda iki qardaş arasında atışma: Ölən və yaralananlar var

Biləsuvarda iki qardaş arasında atışma: Ölən və yaralananlar var

Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.

Aktual.Az Report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Amankənd ərazisində qeydə alınıb.

İlkin məlumata görə, həmin kəndin sakini, 29 yaşlı Adil Alim oğlu Əliyev qardaşı tərəfindən güllə ilə vurularaq qətlə yetirilb. Digər kənd sakini, 25 yaşlı Şahin Azər oğlu Əliyev isə baş nahiyəsindən yaralanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Aktual.Az 
Xəbər 858 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR